esas-heyat-bacariqlari-8-layihesi-kecirilecek--

"Əsas həyat bacarıqları 8" layihəsi keçiriləcək

Əziz dostlar!

2 ildən çoxdur davam edən, 7 dəfə keçirilmiş və 150-dən nəfərdən çox (BLS 1-7 ) iştirakçısı olan, "Əsas Həyat Bacarıqları 8" ( "Basic Life Skills 8 ") layihəsinə qeydiyyat artıq başladı.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Şöbəsi , Unicef Azerbaijan və Binəqədi Gənclər Evinin birgə təşəbbüsü ilə reallaşdırılan layihədə ümumilikdə 16 təlimin iştirakçısı olmaq imkanı əldə edəcəksiniz.

Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda Sertifikat təqdim olunacaq. Layihə ərzində gənclər ümumi olaraq 16 təlimdə iştirak edəcəklər. 

Təlimlərin siyahısı:

  • Bölmə 1: ÖZÜNÜ TANIMA

Dərs 1: Stressin idarə olunması
Dərs 2: Emosiyaların idarə olunması
Dərs 3: Pozitiv düşünmə
Dərs 4: Özünə hörmət

  • BÖLMƏ 2: ŞƏXSLƏRARASI ÜNSİYYƏT BACARIQLARI

Dərs 5: Hörmət və empatiya
Dərs 6: Fəal dinləmə
Dərs 7: Qarşılıqlı təsiretmə
Dərs 8: Mübahisələri həlletmə
Dərs 9: Münasibətlərin idarə olunması
Dərs 10: İnamlı ünsiyyət

  • BÖLMƏ 3: DÜŞÜNMƏ BACARIQLARI

Dərs 11: Məqsədi müəyyənetmə
Dərs 12: Qərar qəbuletmə
Dərs 14: Tənqidi düşünmə
Dərs 13: Yaradıcı düşünmə
Dərs 15: Problem həlletmə
Dərs 16: Elastiklik

Qeydlər: 

1. Layihə iki yaş qrupu arasında keçiriləcək

2. Hər yaş qrupunda 16 iştirakçı seçiləcək, yerlər məhduddur!

3. İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir

Son qeydiyyat tarixi:    28 İYUN 2022, saat 18:00 


Ünvan: Binəqədi Gənclər evi (Binəqədi rayonu, 7ci mikrorayon, S.S. Axundov küçəsi 13/37

Əlaqə nömrəsi:   (012) 561 92 02

Whatsapp nömrəsi:  (055) 361 92 02