essentials-of-social-work-telim-proqramini-qacirmayin--

"Essentials of Social Work" Təlim Proqramını qaçırmayın!

Sosial İşçilərin nəzərinə!

“İrəli” İctimai Birliyi Sosial İş ixtisası üzrə təhsil alan və bu sahədə özünü inkişaf etdirmək istəyən gənclər üçün 3 aylıq təlim proqramına start verir!

Proqram müddətində Sosial İşçilər bu sahədə ixtisaslaşmış peşəkar təlimçilər tərəfindən keçiriləcək təlim-seminarlarda ixtisası nəzəri biliklərlə yanaşı praktiki olaraq mənimsəyəcək və bu sahə üzrə yeni bilik - bacarıqlara yiyələnəcəklər.

3 ay müddətində Bakı şəhərində davam edəcək təlim proqramına qatılmaq üçün gənclər:
– Sosial iş üzrə ixtisaslaşmalı;
– 17-29 yaş aralığında olmalı;
– İxtisasına qarşı yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalıdır.

Qeydiyyatdan keçmək üçün son tarix: 10.11.2021 18:00
Qeyd edək ki, təlim proqramı ödənişsiz əsaslarla həyata keçirilir.

Qeydiyyat