"Ester MMC" - nin təsisçisi və maliyə müşaviri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının mühasibi Taryel Məhərrəmov PROGRO Zaqatala Mərkəzinin qonağı oldu
Sentyabrın 8 - də "Ester MMC" - nin təsisçisi və maliyə müşaviri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının mühasibi Taryel Məhərrəmov PROGRO Zaqatala Mərkəzinin qonağı oldu.
Taryel bəy iştirakçılara öz uğurlu karyerasından danışdı və əmək bazarında gənclərdən əsas gözləntilər, şəxsi inkişaf üsulları haqqında ətraflı məlumat verdi. Peşəkar bir mühasib olan Taryel bəy, həmçinin mühasib olaraq işləmək arzusunda olan gəncləri sahə üzrə peşəkarlaşmaq üçün atılacaq addımlarla bağlı məlumatlandırdı. Sonda gənclərin suallarını cavablandıraraq onlara uğurlu karyeraya başlamaq və inkişaf etmək üçün istiqamətlər verdi.
