“Expressbank” –ın “İT Akademiya”-sına yeni seçim mərhələsinə start verilir!
Bu dəfə, karyerasını IT istiqamətində qurmağı planlaşdıran potensial gənclər öz başlanğıc texniki biliklərini Express İT Akademiyasında daha da inkişaf etdirərək, aktiv layihələrimizdə iştirak etmək şansı qazanacaqlar. Gələcək karyerasını Expressbank ilə davam etdirmək istəyən və peşakarlığına güvənən hər bir gənc mütəxəssis layihəmizə qatıla bilər. Proqamı uğurla bitirən gənclər "Expressbank" komandasına qoşulmaq imkanı əldə edəcək!
Proqram haqqında ətraflı məlumat almaq üçün linkə keçid alaraq, müraciət edə bilərsiniz.