femtech-12-16-yasli-qizlar-ucun-her-improvement-adli-proqram-teskil-edir--

FemTech 12-16 yaşlı qızlar üçün "Her Improvement" adlı proqram təşkil edir

“Her Improvement” yeniyetmə qızlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə idealarının reallaşması üçün təşkil olunan bir illik inkişaf proqramıdır. İlkin mərhələsi isə bir günlük proqramı əhatə edir.

İştirak edə bilər: 12-16 yaşlı qızlar
 Tarix: 23 oktyabr
 Məkan: Bakı Mühəndislik Universiteti

İştirak üçün qeydiyyat linki

Qeydiyyat üçün son tarix: 18 oktyabr

Seçilmiş şəxslər proqramın bütün mərhələlərində iştirak etmə şansı qazanacaqlar.

 İŞTİRAK ÖDƏNİŞSİZDİR.

Layihənin tərəfdaşları: Kontakt Home mağazalar şəbəkəsi, Bakı Mühəndislik Universiteti və Conversation Club.az-dır