ferqli-bizneslerin-ortaq-imzasi-partners--business-sergisi--

Fərqli bizneslərin ortaq imzası: "Partners & Business" sərgisi!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası (İşəgötürənlər) Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İnformasiya-Kommunikasiya Texnologiyaları, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

200-ə yaxın şirkət, 10.000-dən çox ziyarətçinin iştirakı ilə baş tutacaq sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

"Partners and Business" Baku 2022 Yerli şirkətlərin tanıtım sərgisi 16, 17, 18 iyun “Baku Crystal Hall”da baş tutacaq.

Hər birinizi bu sərgidə iştirak etməyə, yerli şirkətlərlə tanışlıq və yeni tərəfdaşlıqlara dəvət edirik!

Sərginin media tərəfdaşı “BHB Strategic & Creative Co.”, promo tərəfdaşı “Moon Group”, təşkilati dəstək isə “Primex”dir.

Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün - keçid