fransiz-azerbaycan-emek-ve-karyera-sergisi--kecirilecek--

Fransız-Azərbaycan əmək və karyera sərgisi keçiriləcək

Fransız-Azərbaycan əmək və karyera sərgisi

15 oktyabr – UFAZ (Azərbaycan-fransız Universiteti) – 09 : 30 – 18 : 30

Fransada ali təhsil və gənc azərbaycanlı istedadlar üçün peşə perspektivləri : Əmək və karyera sərgisi.

Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz, Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız, Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz, elə isə, bu gün sizin üçün hazırlanmışdır.

Tədbirə giriş bütün gün ərzində sərbəstdir, lakin saat 09 : 30 – 10 : 00 radələrində baş tutacaq rəsmi açılış mərasiminə giriş yalnız 12 oktyabr tarixinə qədər onlayn qeydiyyatdan keçən şəxslər üçündür.

Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə ( şagirdlərə, tələbələrə, gənc peşəkarlara) fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan kariyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir.

Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərləri, işə götürənləri, müşavirləri) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir.