freelancer-olaraq-islemek-artiq-daha-rahatdir

Freelancer olaraq işləmək artıq daha rahatdır

         Əgər iş axtarırsansa və ya hər gün eyni rejimdə işləmək istəmirsənsə, bu məqalə sənin üçün çox maraqlı və faydalı olacaq. 
İş prosesinə yeni yanaşma gətirən “freelancer”-lik haqqında nə qədər məlumatlısan? Bu, bəzilərinin düşündüyü kimi sadəcə evdən işləməkdirmi? Pandemiyanın vüsət aldığı dönəmdə, əksəriyyətimiz onlayn iş rejiminə keçdik, bəs buna “freelancer” adını verə bilərikmi?
“Freelancer” nə deməkdir?
İnsanların fərqli məkanlarda və fərqli zamanlarda çalışma istəyi artdığından və dövrün tələbləri dəyişdiyindən “freelancer” şəkildə işləmək  artıq populyarlıq qazanmışdır. “Freelancer” işçilər öz peşə və qabiliyyətlərinə uyğun olaraq bir çox fərqli sahədə xidmət göstərərək, çevik iş sistemi sayəsində vaxtlarından daha səmərəli istifadə edə bilirlər. Müstəqil iş mənasını verən “freelancer” sözü insanların işini öz qaydasında, istədikləri yerdə və istədikləri zaman işləməsi mənasını verir. Bir qurumda işləmək əvəzinə öz ixtisas sahələrində ixtisaslaşmağı üstün tutan bu işçilər “freelancer”  kimi çalışırlar. Ümumiyyətlə, bu şəklində həyata keçirilən iş sisteminə başlamaq üçün vasitəçi qurumlardan və saytlardan faydalana bilərsən. 
Kimlər “Freelancer” ola  bilər?
Əgər reklam, proqram mühəndisliyi, qrafika, müəllimlik və ya veb dizayn kimi bir peşən varsa, “freelancer” olmaq olduqca asandır. Əgər peşən bu cür iş üçün uyğun deyilsə, özünü sərbəst iş üçün uyğun bir sahədə inkişaf etdirə bilərsən. Xarici dilinizi təkmilləşdirməklə sən tərcümə edə, proqramlaşdırma dilini öyrənə və ya vizual dizaynla bağlı proqramları mənimsəyib, işləyə bilərsən.
“Freelancer” olaraq necə pul qazana bilərsən?
Hansı sahədə sərbəst xidmət göstərəcəyinə qərar verdikdən sonra hansı platformada xidmət göstərəcəyinə qərar verməlisən. Bir çox “freelancer” saytları öz vergilərini ödəyirlər və sən əlavə bir şey etmək məcburiyyətində deyilsən. “Freelancer” şəklində işləmək və öz müştərilərini tapmaq istəyirsənsə, sadə fərdi sahibkarlıq açmalısan. “Freelancer” üçün fərdi sahibkarlıq yaratmaq üçün gələcəkdə  mühasib də götürə bilərsən. 
“Freelancer” iş elanlarını necə vermək lazımdır və nələrə diqqət etmək lazımdır?
“Freelancer” iş elanı yerləşdirəcəyin saytda digər iş imkanlarını araşdıraraq başlaya bilərsən. Beləliklə, məşhur “freelancer” işçilərinin reklamlarında hansı məqamları vurğuladığını müşahidə etmək şansın yaranır. Keçmiş işlərini paylaşmağın da son dərəcə vacibdir. Beləliklə, işə götürənlərə sahəyə nə qədər hakim olduğunu göstərmək fürsəti əldə edəcəksən. Əgər daha əvvəl “freelancer” kimi işləməmisənsə, ilk növbədə aşağı ödənişlə reklam etmək sənin iş tapmağına daha faydalı olar. Platformada təcrübə və məlumatlılığın artdıqca daha yüksək qiymətlər təklif etməyə başlaya bilərsən.
  Başlaya biləcəyin saytlardan biri elə progro.az saytıdır. Burada öz səhifəni yaradaraq, ixtisas və təcrübəni, bir sözlə işçi profilini yaradıb, “freelancer” axtaran şirkətlərə çıxış əldə edə bilərsən.
Unutmamalıyıq ki, öyrənib öyrətmədiyimiz zaman, məqsədsiz yaşadığımız zaman həyat dayanır. Buna görə də, məqsədini müəyyən edib, ona görə hərəkət etməlisən. 
Uğurlar !