Front End üzrə təcrübə proqramı
Təcrübə proqramı 3 ay boyunca davam edəcəkdir. Proqram boyunca Siz, real layihələrdə tapşırıqlar ilə çalışacaq, praktik biliklərə yiyələnəcəksiniz. Təcrübə proqramı ödənişsizdir. Təcrübə proqramı zamanı namizədin potensialından asılı olaraq iş təklif oluna bilər.
Tələblər:
-Analitik düşünmə qabiliyyəti
-Texniki səviyyədə ingilis dili biliyi
-Sərbəst və ya komanda ilə işləmək bacarığı
-HTML, CSS və JavaScript biliklləri
-React.js, Redux Toolkit biliklər
-Tailwind CSS biliyi üstünlükdür
-Framework və library-lərlə işləyə bilmək arzuolunandır
Vəzifə öhdəlikləri:
-İşə məsuliyyətli yanaşmaq
-Verilən tapşırıqları vaxtında yerinə yetirmək
-İnkişafdan geri qalmamaq
Əgər siz Front End Developer kimi karyeranızda yeni imkanlar axtarırsınızsa, CV’nizi [email protected] ünvanına göndərin və “Front End Developer Təcrübə” başlığını qeyd edin.