funksional-tibb-mektebinin-istirakcilari-ile-olkemizde-kardio-metabolik-xesteliklere-funksional-tibb-yanasmasi-tehsil-proqraminin-3-cu-modulunun-baslanmasina-hesr-olunmus-aciq-ders-bas-tutacaq--

“Funksional Tibb Məktəbi”nin iştirakçıları ilə ölkəmizdə "Kardio metabolik xəstəliklərə funksional tibb yanaşması" təhsil proqramının 3-cü modulunun başlanmasına həsr olunmuş açıq dərs baş tutacaq

Funksional tibbin aspektlərini öyrənməkdə maraqlı olan müxtəlif ixtisaslı həkimləri dəvət edirik!

30 oktyabrda ANDOP-un dəvəti ilə funksional tibb üzrə türkiyəli məşhur mütəxəssislər – professor Səlahəddin Qıyan və professor Sərkan Şənər Bakıya gələcəklər.

Bu səfəri çərçivəsində “Funksional Tibb Məktəbi”nin iştirakçıları ilə ölkəmizdə "Kardio metabolik xəstəliklərə funksional tibb yanaşması" təhsil proqramının 3-cü modulunun başlanmasına həsr olunmuş açıq dərs baş tutacaq.

  • Vaxt: 30 oktyabr 2021
  • Yer: Hyatt Regency Baku
  • Saat: 10:00 - 14:30

İŞTİRAK ÖDƏNİŞSİZDİR!

 Qeydiyyatdan keçmək və ya ətraflı məlumat almaq üçün toxunun.

“Funksional Tibb Məktəbi”mizin iştirakçıları onları çox yaxşı tanıyırlar. Bu, Azərbaycanda funksional tibbin əsasını qoyan, həkimlər üçün xüsusi təlim proqramıdır. Bu layihə ANDOP və türkiyəli professorların birgə əməkdaşlığı ilə uğurla həyata keçirilir.

Açıq dərs çərçivəsində Türkiyənin tanınmış mütəxəssisləri praktik bacarıq və biliklərini bölüşəcəklər.