gec-olmasi-hec-olmamasindan-yaxsidir

Gec olması heç olmamasından yaxşıdır

          Bizlərdən bir çoxumuz həyatda mükəmməl şəkildə işlərimizi ertələməyi bacarırıq. Əminliklə anlayırıq ki, istər tələbə olaq, istərsə də iş həyatından birisi bir şeyi ertələmək həyatımıza ciddi mənada stress mənbəyi olaraq geri qayıdır.

          Unutmaq lazım deyil ki, o görüləcək işlə nə qədər tez üzləşsək bizim üçün daha rahat olar. Vəzifələrimi vaxtı-vaxtında etmək həm motivasiya, həm də əlavə vaxt olaraq geri qayıdacaqdır. Əsas bunu unutmamaq lazımdır ki, ertələdiyiniz işlər üçün gec deyil, elə indi başlamaq da mümkündür - gec olması heç olmamasından yaxşıdır. 

         Əslində bir çox halda özümüz özümüzə "vaxt tələsi" yaradırıq. Məsələn, "vaxt tələləri"nin hansına özünüz səbəb olursunuz? Hansına xarici təsirlər səbəb olur? Bu xarici təsirlərdən hansıları nəzarət altına alına bilər, ya da yox edilə bilər? Bu suallara mütləq hər insanın öz cavabı var, ancaq alternativ cavablar üzərində düşünüb doğru analiz etmək də sizə olduqca faydalı olacaqdır.

  1. Vaxdan qazanmaq üçün "vaxt tələləri"ndən uzaq durun.
  2. Əvvəlcə, bir işi bitirin, sonra başqa işə keçin. Eyni vaxtda iki-üç işi görməyə çalışmayın. Bir iş tam görüb qurtarmaqdan ötrü həmin işin əvvəlcədən planını qursanız, daha effektli olar. 
  3. Görəcəyiniz işi təxirə salmayın. Təxirəsalma məsələlərini lazım olan zamanlar üçün saxlayın. 2 həftə ərzində bitməsi vacib olan layihələriniz varsa, ən azı 3 gün içində həmin işin ilk hissəsini yerinə yetirin. Bir neçə gündə birinci hissəni bitirib, ikinci hissəyə keçin.
  4. İşi görəndən sonra qiymətləndirmə üçün vaxt ayırın, bir problem olub-olmadığını dönə-dönə yoxlayın. Əmin olun ki, bu sizin gələcək karyeranıza müsbət təsir göstərərək daha uğurlu nəticələr əldə etməyinizə təkan verəcək.
  5. Müvəffəqiyyət gözlədiyiniz yerə gəlməyəcəkdir. Çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməlisiniz. Bu, müvəffəqiyyət üçün ödəməniz lazım olan dəyərdir. Başqalarının uğruna qibtə ilə baxırıq, lakin onların bu nailiyyətləri əldə etmək üçün nələr çəkdiyindən bixəbərik. Məşhurlardan bəzilərinin çalışma tempinə baxın, nə qədər çalışsanız da , az çalışdıınızı düşünəcəksiniz. 
  6. Deadline önəmlidir. Bəli, bir işin bitmə vaxtını planlaya bilmirsinizsə, o işə tam hakim deyilsiniz deməkdir. Deadline - işin bitmə vaxtını gec təyin edin, ehtiyatla təyin edin, 1-2 gün də artıq tutun, amma bir tarix müəyyən etmisinizsə, ona mütləq qaydada əməl etməyə çalışın. Hətta çalışın yox, əməl edin. Deadline çox tez-tez dəyişirsə, bu hal get-gedə sizin gözünüzdə adiləşəcək, işlər də gecikəcək. Siz özünüz deadline məsələsində çox həssas olsanız, tabeliyinizdə olanlar da eyni həssaslığı nümayiş etdirəcəklər.