gedebey-ve-semkir-rayon-sakinlerinin-nezerine--

Gədəbəy və Şəmkir rayon sakinlərinin nəzərinə

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qəbuluna yazılmaq üçün bu gün 14:00-dək müraciət edə bilərsiniz

 Qəbul zamanı Gədəbəy və Şəmkir rayon sakinlərinin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.

 Vətəndaşlar bu gün saat 14:00-dək [email protected] elektron poçt ünvanı yazaraq və ya (994) 50 366 63 89 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

 Qəbul 22 iyul 2022-ci il saat 11:00-dan etibarən Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcəkdir.