gelecek-ucun-bacariqlar-layihesinin-ikinci-komponenti-olan-inkubasiya-proqramina-qeydiyyat-elan-olunur--

“Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan İnkubasiya proqramına qeydiyyat elan olunur

Təşəbbüskar gənclərin nəzərinə! 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan İnkubasiya proqramına qeydiyyat elan olunur.

"Tusi(2C)" İnkubasiya proqramının əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır. Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspert görüşləri, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lər və sonda “Pitch Day”in keçirilməsi planlaşdırılır.

Proqramın ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Univesiteti və Bakı Mühəndislik Universitetində keçirilməsi nəzərdə tutulub.

Startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan özünə güvənən, gələcəyini bu sahədə görən gəncləri prosesə qoşulmağa dəvət edirik. Əgər ideyanız və ya hazır komandanız yoxdursa heç də təəsüflənməyin. İnkubasiya prosesində iştirak üçün innovasiya sahəsində həvəsli olmaq və təşəbbüskarlılıq kifayətdir.

Qeydiyyat üçün link

Son müraciət tarixi: 15.02.2022