“Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi(2C)" İnkubasiya proqramına qeydiyyat elan olunur.
Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə!
Bakı Mühəndislik Universitetində "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi(2C)" İnkubasiya proqramına qeydiyyat elan olunur.
Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqramda sizi nələr gözləyir?
- Bir sıra təlimlər
- Xarici və yerli ekspert görüşləri
- Layihələrin işlənilməsi
- Sahələr üzrə səfərlər
- Müxtəlif “camp”lər
- və son olaraq “Pitch Day”!
İdeya və ya hazır komandanız yoxdursa təəssüflənməyin, innovasiyaya həvəsli olmaq kifayətdir.
Bütün universitet tələbələri və məzunları proqramda iştirak edə bilərlər.
Proqram onlayn şəkildə keçiriləcək.
Əgər siz də təşəbbüskar, özünə güvənən və gələcəyini bu sahədə görən gəncsinizsə, elə indi qeydiyyatdan keçin!
Son müraciət tarixi: 30 oktyabr 2022-ci il