geleceyin-genc-karyera-beledcileri-layihesini-qacirmayin--

"Gələcəyin gənc karyera bələdçiləri" layihəsini qaçırmayın!

Gənc karyera bələdçilərinin axtarışındayıq!

Azərbaycanın Astara, Lerik, Lənkəran, Yardımlı, Masallı bölgələrində yaşayan aktiv icma üzvlərini Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Gələcəyin gənc karyera bələdçiləri" layihəsində iştirak etməyə dəvət edirik. 

Əgər siz də yaşadığınız bölgədəki gənclərin peşə seçimi və karyera planlanması ilə bağlı yaşadıqları çətinliklərin fərqindəsinizsə, onlarla işləmək üçün güclü enerji və öyrənmək həvəsinə sahibsinizsə, biz, elə məhz Sizi axtarırıq!

1 ay davam edəcək layihə aşağıdakı mərhələlərdən ibarət olacaq: 

- "Karyera məsləhətçiləri" üçün təlim proqramı

- Təcrübə proqramı (öyrəndiklərinizi bölgədəki gənclərlə işləyərək tətbiq edəcəksiniz)

-Mentorluq ( Vebinarlar və rol modellərlə görüşlər)

- Bağlanış görüşü 

Qeydiyyat linki  

Qeydiyyat üçün son tarix:      25 Aprel 

Qeyd edək ki, layihədə qeyd edilən bölgələr üzrə cəmi 25 nəfər şəxs iştirak haqqı qazanacaqdır. 

QEYD:  yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub əldə edəcəklər. (Əlaqə nömrəsi və e-poçt ünvanınızı doğru qeyd etdiyinizdən əmin olun)