geleceyin-liderleri-ucun-genc-liderler-proqrami-2ye-start-verilir--

Gələcəyin liderləri üçün “Gənc Liderlər Proqramı 2”yə start verilir!

Gənclərin ictimai həyatda rolunun artırılması və məsul vəzifələrə irəli çəkilməsi baxımından onların qərarqəbuletmə, natiqlik, məsuliyyətlilik kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir.

Bunu nəzərə alaraq, gənclərin özünü reallaşdırması, potensialının üzə çıxarılması, liderlik qabilıyyətinın inkişatetdirilməsi və şəbəkələşməsinin təmin olunması məqsədilə "Gənc Liderlər Proqramı 2" təşkil olunur.

Gənc lider olmaq üçün ilk addımı elə indi at!

Programda iştirak üçün 18-27 yaş arası və minimum 1 il ictimai sahədə təcrübəsi olan gənclər https://genclider.az veb səhifəsi vasitəsilə 1 dekabr 2023-cü il saat 18:00-dək müraciət edə bilərlər.