geleceyini-qur-layihesine-qeydiyyat-basladi--

"Gələcəyini Qur!" layihəsinə qeydiyyat başladı

"Gələcəyini qur" layihəsinə qeydiyyat başladı!

11-ci sinifə keçən şagirdlərin nəzərinə!

"Gələcəyini qur" nədir?

"Gələcəyini qur" gənclərin inkişaına yönəlmiş bir layihədir. 

 

Layihə gənclərə nə verir?

  • ali məktəbə ödənişsiz hazırlıq;
  • inkişafedici tədbirlər;
  • psixoloji dəstək

Layihənin əhatə etdiyi ərazilər: 

Bakının Binəqədi, Qaradağ, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonları

Regionlar - Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Samux, Goranboy

Layihədə kim iştirak edə bilər? 

Qeyd edilən rayonların orta məktəblərində Azərbaycan bölməsi üzrə 11-ci sinifə keçən (cari 2022-ci ilin sentyabr ayında 11-ci sinifdə təhsil alacaq ) şagirdlər 

Seçim prosesi necə aparılacaq?

Bir neçə mərhələdən ibarət olan seçim prosesində namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəklər: 

  • intellektual potensial 
  • təhsil almağa həvəs və istək 
  • ailənin sosial durumu 

Seçim prosesinə qoşulmaq üçün linkə daxil olun və qeydiyyatdan keçin 

Qeydiyyat üçün son tarix:    10 İYUN