genc-liderler-ucun-yay-universiteti-layihesi-davam-edir--

"Gənc Liderlər üçün Yay Universiteti" layihəsi davam edir

"Gənc Liderlər üçün Yay Universiteti"nin üçüncü gününün sonunda komandalar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif səhnəciklər ərsəyə gətirib.

"Gənc Liderlər üçün Yay Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatı təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.

Qeyd: Layihə boyunca iştirakçılarımızın sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə "Gənc Liderlər üçün Yay Universiteti"nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edirik.