Gənc sahibkarlar, startapçılar və digər gənclərin nəzərinə: StartupBootcamp! – DÜŞƏRGƏ
Bütün təşəbbüskar və innovativ gəncləri #StartupBootcamp-də gözləyik!
1-6 avqust tarixlərini öz təqviminizdə qeyd edin, çünki sizi Gənclər və İdman Nazirliyi dəstəyi, DVC-nin Youth Inc. Sahibkarlıq proqramının təşkilatçılığı ilə Abşeron OİK-də təşkil olunan StartupBootcamp-ə dəvət edirik. Bu arzularınızı reallaşdırmaq, şəbəkələşmək və yeni imkanlar əldə etmək üçün əla şansdır!
Nələr olacaq?
- İlhamverici seminarlar
- İnteraktiv sessiyalar və təlimlər
- Mentorluq
- Şəbəkələşmə
- Vörkşoplar
- Yeni imkanlar
- Əyləncə və müsabiqələr
Kimlər iştirak edə bilər?
18-25 yaş aralığında olan gənc sahibkarlar, startapçılar və bu sahələrə marağı olan təşəbbüskar gənclər
Son tarix: 24.07.2023-cü il, saat 23:59
Yerlər məhduddur. Düşərgədə iştirak ödənişsizdir!