Gəncə filialında açıq qapı günü!
Dəyərli namizədlər, 9 sentyabr saat 10:00-da Bank of Baku-nun Gəncə filialında “Açıq qapı günü” baş tutacaq. Gəncə filialımıza özünüzlə CV və şəxsiyyət vəsiqənizi gətirməklə cari vakansiya üzrə müraciət edə bilərsiniz.
Vakansiya:
Mikrokreditlər bölməsi üzrə kiçik ekspert
Tələblər:
- Ali təhsil
İş təcrübəsi tələb olunmur.
Ünvan: Gəncə şəh., Kəpəz rayonu, N.Nərimanov pr., 42C.
Bankda çalışmaq arzusu olan hər birinizi filialda gözləyirik.