Gəncədə “İmperial restoranı” və “İmperial Garden restoranı" tərəfindən əmək yarmarkası keçiriləcək
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə “İmperial restoranı” və “İmperial Garden restoranı" tərəfindən əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.
Əmək yarmarkası keçiriləcək ünvan və tarix:
Gəncə şəhəri, Məmməd Xələfov 122, (Gəncə-Daşkəsən Regional Məşğulluq filialının inzibati binası)
Tarix: 15 mart, 2023
Saat:10:00 – 13:00