gencler-davamli-inkisaf-ucun-layihesinin-bilikden---bacariga--merhelesi-ucun-qeydiyyat-basladi--

"Gənclər davamlı inkişaf üçün" layihəsinin "Bilikdən - Bacarığa " mərhələsi üçün qeydiyyat başladı!

    Bu mərhələ region gənclərinin effektiv ünsiyyət formasının, yumşaq bacarıqların möhkəmlənməsi, auditoriya və cəmiyyətdə özünüifadə qaydalarının aşılanması və gənclər şəbəkəsinin müsbət istiqamətdə inkişafına, sağlam gəncliyin yetişdirilməsinə xidmət edir.

    Gənclərin bu sahədəki inkişafına dəstək olmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA), "İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə düşərgə formatında həyata keçiriləcək layihə çərçivəsində müxtəlif fəaliyyətlər, simulyasiya, oyun əsaslı təlimlər, seminarlarda əsaslı potensial biliklərini artıracaqlar. 

    Sonrakı müddətdə isə iştirakçılar regionlarda mütəmadi görüşlər keçirib öyrəndiklərini öyrədəcəklər. Habelə gənclərin aktiv iştirakçılığının artırılması, regionlarda olan problemlərin öyrənilib data-analiz bazanın yaradılması üçün bölgələrdə sorğu təşkil edəcəklər. 

    Müraciətçilər içərisində gender bərabərliyi qorunmaqla 22-29 yaş aralığında motivasiyalı, vətənpərvər, məsuliyyətli və ən əsası da öyrəndiklərini öyrətməyə meyilli 30 nəfər gənc layihədə iştirak haqqı qazanacaq. 

Qeyd etmək lazımdır ki, layihə 3 müxtəlif mərhələlərdən ibarət olacaqdır.

Layihənin keçirilmə tarixi:     10-18 iyun 2022-ci il

Son qeydiyyat tarixi:       30.05.2022   23:59

Qeydiyyat üçün keçid edin.