gencler-festivali-kecirilecek--

“Gənclər Festivalı” keçiriləcək!

Gənclər Festivalı`na hazırsınız?

“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Festivalı” keçiriləcək.

Festivalda sizi nələr gözləyir?

- Aparıcı gənclər və könüllü təşkilatlarının sərgisi

- İntellektual oyunlar

- Viktorinalar

- İdman oyunları

- Əyləncəli oyunlar

- İncəsənət guşəsi

- Heydər Əliyev guşəsi

- İstedadlı gənclərin ifası

- Konsert proqramı və daha nələr…

Əziz gənclər, məhz bu festivalda sizinlə birlikdə olmaqdan və əylənməkdən böyük məmnunluq hissi duyarıq!

18 may tarixində saat 12:00-dan başlayaraq 22:30-dək davam edəcək festivala hər biriniz dəvətlisiniz!

Ünvan: Dənizkənarı Milli Park (Azərbaycan Dövlət Kukla Teatrının arxası)