“Gənclər Təşkilatlarında Media Savadlılığının Artırılması” layihəsi çərçivəsində ilk təlim baş tutacaq
Hörmətli gənclər təşkilatları,
“Gənclər Təşkilatlarında Media Savadlılığının Artırılması” layihəsi çərçivəsində ilk təlimimiz AR Milli Məclisinin deputatı Nigar Arpadarai ilə baş tutacaq.
Təlimin mövzusu “Media və gənclərlə iş sahəsində uğurlu təcrübələr və yeni imkanlar” olacaq.
İştirak etmək üçün bioda yerləşdirilən linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, təlim Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçiriləcək.