gencler-ve-idman-nazirliyi-iyul-avqust-aylarinda-gencler-ucun-30-dan-artiq-dusergeye-start-verir--

Gənclər və İdman Nazirliyi iyul-avqust aylarında gənclər üçün 30-dan artıq düşərgəyə start verir.

İlk dəfə olaraq, gənclərin kütləvi cəlb ediləcəyi düşərgələr “Əylənərək öyrənirik” prinsipi əsasında qeyri-formal təhsil alətləri vasitəsilə gənclərin fərdi və peşəkar inkişafına dəstək məqsədi daşıyır.

Düşərgələrin proqramına əsasən əyləncəli tədbirlərlə yanaşı, hərbi-fiziki və fərdi inkişaf təlimlərinin, intellektual oyunların, müxtəlif müsabiqə və yarışların keçirilməsi nəzərdə tutulub.

Düşərgələrdə Vətən Müharibəsində iştirak etmiş gənclər, şəhid və qazi ailələrinin övladları, sağlamlıq imkanları məhdud olan gənclər, ucqar kəndlərdə yaşayan gənclər, təhsilə, təlimə və məşğulluğa cəlb edilməyən gənclər (NEET group), həmçinin, müxtəlif sahələrdə fərqlənmiş gənclər iştirak edəcəklər.

Astara, Yardımlı, Lənkəran, Mingəçevir, Tovuz, Goranboy, Şəki, Oğuz, Qazax, Xaçmaz, Qusar, Göygöl və Qaxda təşkil ediləcək düşərgələrdə ölkənin bütün rayon və şəhərlərindən 2500-dən artıq gənc iştirak edəcək.