genclere-odenissiz-kecirilecek-qizil-yardim-layihesine-start-verilir--

Gənclərə ödənişsiz keçiriləcək "Qızıl Yardım" layihəsinə start verilir!

Əziz gənclər!

"İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclərin ilk yardım bilik və bacarıqlarının artırılması məqsədilə  "Qızıl Yardım" layihəsinə start verir!

Layihədə gənclərə ekstremal şəraitdə mövcud vəziyətə uyğunlaşaraq zərərçəkmişə ilk yardım etmək vərdişləri aşılanacaq. 5 gün davam etməklə ümumilikdə 15 saatlıq təlimlərin proqramına  müxtəlif simuliyasiyalar və aşağıdakı təlimlər aiddir:
• Ümumi İlk Yardım;
• Hadisə yerinin dəyərləndirilməsi;
• Təməl Yaşama Dəstək;
• Boğulmalar və tənəffüs yollarının tutulması;
• Qanaxma, şok, bayılma, koma;
• Yaralanmalar və kəllə beyin travmaları;
• Sınıq, çıxıq, burxulmalar;
•  Zəhərlənmələr;
•  İlan və həşərat sancmaları;
• Yanıq, donma, günvurma, istivurma;
• Miokard İnfarktı;
• Epileptik tutmalar
 

Eyni zamanda iştirakçılar əldə etdikləri bilik və bacarıqları təlimlərin gedişində praktiki həyata keçirmə şansı da qazanacaqlar. Sonda isə bütün təlimlərdə iştirak edən gənclər Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyi  tərəfindən beynəlxalq sertifikatla təltif ediləcəklər.

Təltif edilmiş iştirakçılar təlimçi kimi formalaşmaqla yanaşı "İrəli" İctimai Birliyinin keçirdiyi müxtəlif düşərgələrə İrəli Sağlamlıq Mərkəzinin (İSM) gənci kimi cəlb olunacaqlar.

Əgər sən də ətrafındakı insanlara "Qızıl əlini" uzatmaq istəyirsənsə bizə qoşul!

Layihənin keçiriləcəyi tarix: 06.06.2022-10.06.2022
Saat: 10.00 - 13.00
Məkan: "İrəli" İctimai Birliyi ofisi
Son qeydiyyat tarixi: 04.06.2022, 18:00

Qeydiyyat linki