"Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması" layihəsinə start verilir!
Əziz gənclər!
"Gənclərin Əmək Hüquqları üzrə Biliklərinin Artırılması" layihəsinə start verilir!
Layihə çərçivəsində siz "İnsan Hüquqlarının Əsasları", "Əmək hüquqları", "İş saatı", "Təhlükəsizlik və sığorta", "Müavinətlər və pensiyalar" və s. mövzularda təlimlərdə iştirak edəcək, həmçinin İnsan Hüquqları üzrə təlimçi olaraq formalaşmanız üçün Təlimçilər üçün Təlimlərdə iştirak edəcəksiniz!
Davamlılıq mərhələsində iştirakçıların təlimçi olaraq formalaşması və fərqli auditoriyalarda, xüsusilə regionlarda təlimlərinin təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, Avropa Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçılığı və "İrəli" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Əgər sən də bu layihənin iştirakçısı olub daha çox gəncin hüquq biliklərinin inkişafı üçün çalışmaq istəyirsənsə, qeydiyyatdan keç!
Son qeydiyyat tarixi: 10.03.2023