genclerin-karyera-mektebine-qeydiyyat-basladi--

Gənclərin Karyera Məktəbinə qeydiyyat başladı!

Düşərgə mövsümünün sonuna yaxınlaşırıq. Amma..

Karyera düşərgəsi “olmadan olmaz” dedik!

 

1-6 sentyabr tarixlərində Mingəçevir şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Karyera Məktəbi" keçiriləcək.

Bu düşərgənin məqsədi gənclərin “Karyerama haradan? Necə başlayım?” suallarına cavab tapmağa imkan yaratmaq, onların karyera planlamasına istiqamət vermək, peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.

Qeydlər:
- Yerlər məhduddur, anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq;
- Müsahibə mərhələsini uğurla tamamlayan gənclər təşkilati komanda tərəfindən seçiləcək;
- Düşərgə qaydaları və proqram barədə iştirakçılara seçildikdən sonra məlumat veriləcək;
- Son qeydiyyat tarixi 23 AVQUST 12:00-dır.

Məkan: Mingəçevir
Tarix: 1-6 sentyabr 2022-ci il

Qeydiyyat üçün FORM