genclerin-liderlik-akademiyasi-2-dusergesini-qacirmayin--

“Gənclərin Liderlik Akademiyası 2” düşərgəsini qaçırmayın!

Hər kəsin diqqətinə, çoxdandır gözlənilən xəbər gəldi. 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Liderlik Akademiyası 2” düşərgəsi ilə qarşınızdayıq.

Düşərgəmiz 13-18 (5 gecə,6 gün) may tarixlərində həyata keçiriləcəkdir . Bu müddət ərzində gənclərimizin liderlik bacarıqlarının inkişafı yönündə çox saylı təlim və panel görüşlər həyata keçiriləcəkdir. Əlavə olaraq əylənmədən öyrənə bilmərik deyib maraqlı oyunlarımızla günlərimizi unudulmaz edəcəyik.

Düşərgənin sonunda iştirak edən hər bir gəncimiz sertifikat əldə edəcək.

Qeydiyyat üçün link

Son qeydiyyat tarixi : 29.04.2022 23:00