genclerin-liderlik-akademiyasi-adli-layihesinin-secim-merhelesine-start-verildi--

"Gənclərin Liderlik Akademiyası" adlı layihəsinin seçim mərhələsinə start verildi!

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 3-8 avqust 2021-ci il tarixlərində "Gənclərin Liderlik Akademiyası" adlı layihəsinin seçim mərhələsinə start verildi!

"Gənclərin Liderlik Akademiyası" Göygöl olimpiya kompleksində  18-25 yaş arası gənc arasında keçiriləcəkdir.
Liderlik Akademiyasının gənclər arasında keçirilməsinin əsas məqsədi gələcəkdə gənc lider kimi yetişib, ölkəmizdə rəhbər vəzifədə olmaları üçün onları motivasiya etmək,onların professional inkişafında köməklik və dəstək göstərməkdir.
Layihə müddətində  ölkəmizdə rəhbər vəzifədə çalışan, öz bizneslərini qurmuş və cəmiyyət arasında sosial-aktiv fəaliyyəti olan gənclər tərəfindən keçirilən təlim və seminarlarda iştirak edəcək, onların peşəkar həyatı və fəaliyyətləri ilə tanış olacaqlar.
Sonda iştirakçılara sertfikat veriləcəkdir.

"Gənclərin Liderlik Akademiyası"-da iştirak etmək istəyənlər 29 iyul 2021-ci il tarixinədək onlayn qeydiyyat formunu dolduraraq müraciət edə bilərlər. 
Qeydiyyat linki

Seçim mərhələsindən uğurla keçmiş namizədlər layihədə iştirak haqqı qazanacaqdır.