“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə gənclərin müvafiq peşələr üzrə bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyan “Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına qeydiyyat davam edir.
Proqram çərçivəsində gənclər üçün əmək bazarının tələblərinə uyğun 20 aktual peşə istiqaməti üzrə kurslar təşkil olunacaq. Dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
“Gənclərin Peşə Hazırlığına Dəstək” proqramına ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil almayan, işaxtaran və ya işsiz, 29 yaşadək könüllü və ya ictimai fəal gənclər müraciət edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün