"Gənclərin Töhfəsi" İctimai Birliyi Könüllü Proqramı elan edir
Əziz gənclər! Asudə vaxtınızı səmərəli və faydalı keçirmək üçün birliyimizə üzv ola bilərsiniz.
Birlikdə vaxt keçirərək həm öyrənəcəyik, həm də əylənəcəyik.
Hər birinizi təşkilatımızda görməkdən məmnun olarıq.
Təşkilata qoşularaq:
- Beynəlxalq layihələrdə iştirak edə bilərsiniz,
- Müxtəlif turnirlərdə, olimpiadalarda iştirak edə bilərsiniz;
- Regionlarda və Bakı ətrafı düşərgələrdə iştirak edə bilərsiniz;
- Yerli və beynalxalq tədbirlərə iştirak hüququ qazana bilərsiniz;
- Müxtəlif istiqamətli layihələrdə iştirak edərək təcrübə qazana bilərsiniz;
- Müxtəlif istiqamətli təlimlərə qoşularaq biliklərinizi artıra bilərsiniz;
- Həftə içi və həftə sonları təşkil olunan tamaşalara, filmlərə və tədbirlərə pulsuz iştirak hüququ qazana bilərsiniz;
- Dil biliklərinizi və kompüter biliklərinizi artıra bilərsiniz.