gender-esasli-cinsi-secim-ve-reproduktiv-saglamliq-haqqinda-muzakire

Gender əsaslı cinsi seçim və reproduktiv sağlamlıq haqqında müzakirə

Böyük ehtimal ki, dünyaya gələcək övladının cinsini səbəb gətirərək hamiləliyi süni şəkildə sonlandıran ən azı bir ailəyə siz də nə vaxtsa rast gəlmisiniz.

Ölkə kontekstində kifayət qədər ciddi olan bu mövzunun səbəblərini və məlumatsızlıqdan, eləcə də cəmiyyətdə kök salmış stereotiplərdən qaynaqlanan nəticələrini 11 iyul – Dünya Əhali Günü ərəfəsində Gender Hub Azerbaijan sosial platformasının həmtəsisçisi Məryəm Məcidova, Milli Məclisin üzvü Nigar Arpadarai və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev canlı efirdə müzakirə edəcəklər.

Tarix: 2 iyul , saat 20:00
YouTube-da canlı yayım