gender-esasli-zorakiliga-qarsi-16-gunluk-fealliq-kampaniyasi-cercivesinde-10-dekabr-2022-ci-il-tarixinde-narinci-kuiz-intellektual-oyunu-kecirilecekdir--

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində 10 dekabr 2022-ci il tarixində "Narıncı kuiz" intellektual oyunu keçiriləcəkdir!

Easy Peasy Economics komandası və EOS Academy birgə təşkilatçılığı ilə "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində 10 dekabr 2022-ci il tarixində "Narıncı kuiz" adlı intellektual oyun keçiriləcəkdir!

BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü, 10 Dekabr isə İnsan Hüquqları günüdür. Bu iki tarix arasındaki müddət 16-günlük narıncı aktivizm kimi qeydə alınır.

Suallar əsasən yerli və beynəlxalq iqtisadi göstəricilər, dünyada qadınlar,  qadına qarşı zorakılıq kimi mövzuları əhatə edəcək.
Komandalar minimum 4 maksimum 5 nəfərdən ibarət ola bilər.
Məqsəd Azərbaycanda narıncı aktivizmin bir parçası olmaq, iqtisadi göstəricilər və qadınların rolu haqqında maarifləndirməyə töhvə verməkdir.
Qalib komandanı dəyərli hədiyyə paketi gözləyir!

Qeydiyyatdan keçdikdən sonra məkan, saat və s. kimi ətraflı texniki məlumatlar veriləcək.

Qeydiyyatdan keçmək üçün link aşağıdadır:
Link 
Qeydiyyatdan keçmək üçün son tarix: 7 Dekabr, saat 23:59.

Suallarınız yaranarsa [email protected] ilə əlaqə saxlaya bilərsiniz.