gender-esasli-zorakiligin-aradan-qaldirilmasina-icma-esasli-destek-layihesi-cercivesinde-ekspertden-sorus-vebinarlar-silsilesine-start-verilir--

"Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma əsaslı dəstək" layihəsi çərçivəsində “Ekspertdən soruş” vebinarlar silsiləsinə start verilir

Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyasına sayılı günlər qalarkən, BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi "Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma əsaslı dəstək" layihəsi çərçivəsində “Ekspertdən soruş” vebinarlar silsiləsinə start verir. Vebinarların keçirilməsində əsas məqsəd cəmiyyətin gender zorakılığı mövzusunda maarifləndirilməsidir.

İlk vebinar 18 noyabr saat 20-00-da məşhur teleaparıcı Saleh Bağırovun təqdimatında və hüquqşünas Xalisə Şahverdiyevanın iştirakı ilə baş tutacaq. Vebinara qoşularaq, aşağıdakı suallara cavab tapacaqsınız:

      Gender əsaslı zorakılıq nədir?

- Gender əsaslı zorakılığa məruz qaldıqda nə etməliyik?

- Belə halla qarşılaşdıqda hara müraciət edə bilərik?

 

           Vebinar, aparıcı Saleh Bağırovun İnstaqram səhifəsində canlı şəkilə yayımlanacaq. Məlumatı paylaşaraq, daha çox insanın vebinara qoşulub, maariflənməsinə dəstək ola bilərsiniz.

18 noyabr

Saat:  20:00