gendere-hessas-yanasmalarin-tetbiq-edilmesi-telim-proqrami-ugurlu-oldu--

Genderə həssas yanaşmaların tətbiq edilməsi təlim proqramı uğurlu oldu

Genderə həssas yanaşmaların tətbiq edilməsi üzrə təşkil edilən üçgünlük təlim proqramı 15 yerli vətəndaş cəmiyyəti təşkilatı (VCT) və fəal icma qruplarını bir araya gətirib.

Bununla da Avropa İttifaqının maliyyələşdirdiyi müasir, innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin qurulması istiqamətindəki yeni layihənin ilk fəaliyyətlərinə start verilib.

BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən 3 milyon avro vəsaitin ayrıldığı bu layihə, siyasətlərin formalaşdırılması, yerli inkişaf və sosial innovasiya sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsinə yardım edəcək.