gl-asc-de-tecrube-proqrami--emek-haqqibonuslu---

GL ASC-də Təcrübə proqramı ( əmək haqqı+bonuslu )

GL ASC-dən Bakı, Masallı, Lənkəran və Astara bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı

Karyeranızı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarığınızı inkişaf etdirmək istəyirsinizsə, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Elanın təsviri:

Son tarix: 27.08.2023

Şirkət: GL ASC

Ərazi: Astara, Bakı, Lənkəran, Masallı

Maaş: Müsahibə əsasında

Yaş: 18 — 30 yaş

Təhsil: Natamam ali təhsil (bakalavr)

İş rejimi: Tam iş günü (5 gün)

Müqavilə: Əmək müqaviləsi

Öhdəliklər:

Təlimlərdə aktiv iştirak etmək
Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:

Yaşı 18-dən 30-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)
Karyerasını satış işində görmək
Öyrənməyə açıq olmaq
Hədəflərlə işləməyi bacarmaq
Pozitiv ünsiyyət bacarığı
Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:

Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.

Maraqlanan şəxslər [email protected] ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq cv-lərini göndərə bilərlər.