gorunmeyen-qehremanlardan-biri-de-siz-olun--

Görünməyən qəhrəmanlardan biri də siz olun!

Kibertəhlükəsizlik təlimlərinə yeni qeydiyyat başladı.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin TOP 10 tədris mərkəzindən olan “Technion” Universiteti ilə birgə yaratdığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yeni təlimlərə qeydiyyat başladı.

18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları müraciət edə bilər.

Seçim mərhələləri aşağıdakı formada olacaq:
Qeydiyyat anketini doldurmaq;
Test mərhələsi;
Müsahibə.

Bütün mərhələləri uğurla keçmiş 60 namizəd təlimlərdə iştirak hüququ əldə edəcək.

Qeydiyyat üçün linkə keçid edin! 

Kurs ödənişsizdir.