“Gümüşü İrs” sertifikatlı təlim kursu üçün qeydiyyat başlayıb!
Əziz gənclər!
DOST Agentliyi tərəfindən həyata keçirilən “Gümüşü İrs” sertifikatlı təlim kursu üçün qeydiyyat başlayıb!
Kurs çərçivəsində elm, incəsənət və digər sahələrdə işinin peşəkarı olmuş yaşlılarımız illər ərzində toplanmış təcrübələrini və biliklərini gənclərlə paylaşacaq!
Təlimlər “Təhsil və tarix”, “Mədəniyyət və incəsənət”, “Hüquq”, “Karyera inkişafı və motivasiya”, “Sağlamlıq və psixologiya” modulları üzrə keçiriləcək. Təlim kursu 27 aprel-28 may tarixlərində 5 həftə ərzində onlayn formatda keçiriləcək.
Layihə ilə maraqlanan gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link burada
Təlimə qoşulmuş şəxslər həm həftəlik konkret modullar üzrə, həm də ümumilikdə kursu müvəffəqiyyətlə bitirmək barədə xüsusi sertifikat əldə edə biləcəklər.
#AzGF #GİKM #DOST #Gümüşüİrs #karyera #təlim