gundelik-heyatda-isinize-yarayacaq-tovsiyeler

Gündəlik həyatda işinizə yarayacaq tövsiyələr

Sizi xoşbəxt edən nədir? 
Xoşbəxtliyə çatmaq üçün heç bir məhdudiyyət yoxdur və bu sizin öz əlinizdədir. 

Həyatınızı sadələşdirərək daha xoşbəxt olmaq asan olmalıdır, ancaq məsuliyyət öz üzərimizdə olduğu zaman bu  daha çətindir. İllər boyu uyğunlaşdığınız vərdişlərdən yayınmaq və gündəlik vəzifələrinizi düşündüyünüz zaman stresə düşməmək çox çətindir. Onları xalçanın altından süpürmək və ya təxirə salmaq daha asandır.
Sadələşdirilmiş bir həyat sürə bilərsiniz və yenə də xoşbəxt ola bilərsiniz. Həyatınızı sadələşdirməyin aşağıdakı 10 yolu haqqında məlumat sizin üçün faydalı olacaq. 
 

1. Seçimlərinizi məhdudlaşdırın
Rahat yaşamağın bir hissəsi gündəlik etməli olduğunuz geniş seçimləri daraltmaqdır. Görüləsi işlər siyahınıza diqqətlə baxın və vacib olmayan tapşırıqları aradan qaldırın. Əgər siyahıda bir yerə toplanması mümkün olan işləri ayrı – ayrı qeyd etmisinizsə ümumiləşdirməyə çalışın. Uzun bir ediləcəklər siyahısı bezdirici olacaq. Enerjinizin məhdud olduğunu nəzərə alın və mental enerjinizi qoruyun. 


2. Növbəti gün üçün  gecədən hazırlaşın
Əvvəlki gecə özünüzlə aparacağınız əşyalarınızı hazırlayaraq lazımsız tapşırıqları aradan qaldırın. Səhər saatlarında iş əşyalarınızı toplamağınız on dəqiqə çəkə bilərsə də, niyə əvvəlki gün işinizi görüb bu əlavə vaxtı meditasiya və ya kitab oxumaq üçün istifadə etmirsiniz? Həyatınızı sadələşdirmək üçün vaxtınızdan daha yaxşı istifadə etmək lazımdır.


3. Günlük tempinizi nəzarətdə saxlayın
Hər səhər, gün üçün tempimizi təyin etmək üçün şüurlu bir qərar veririk. Gec oyanaraq işə gecikdiyiniz anı xatırlayın. Bu vəziyyət sizin əsəbi və son dərəcə gərgin şəkildə günə başlamağınıza səbəb olur. Tempinizi nəzərə alaraq hərəkət etmək, geri çəkilmək, sıfırlamaq və ya hər an dayandırmaq üçün nəzarət sizin əlinizdədir. Gününüzün necə keçəcəyinə siz qərar verirsiniz.  Səhərinizi daha enerjili və pozitiv başlayın və gün boyu bu enerjini qorumağa çalışın. 

4. Sizin üçün uyğun və ən sadə yolu  tapın
Hər bir işi görərkən sizi yormayacaq və əlavə vaxtınızı almayacaq ən sadə yolu tapmağa çalışın. Məsələn, bank hesablarınızı balanslaşdırmağın bir çox yolu var. Sizin üçün uyğun olan başqa bir insan üçün işləməyə bilər və müasir texnologiya ilə əlaqəli ən yaxşı şey kompüterinizdə və ya telefonunuzda asanlıqla mövcud olan tətbiqlərin bolluğudur. 

5. Xırda məsələlərlə bağlı narahat olmağı aradan qaldırmağa çalışın.
Bu bir az təcrübə ilə formalaşacaq. Düşüncələrimizin fərqində deyiliksə, narahatlıqlarımız gün boyu bizimlə səyahət edə bilər.
Kiçik şeylər üçün narahat olduğumuz zaman həddindən artıq vaxt və enerji sərf edirik və bu narahatlıqların bəziləri tez – tez  təkrakrarlanır. Narahatçılıqların öhdəsindən gələrək proaktiv olmaq mümkündür. İstər 5 dəqiqə, istərsə də 15 dəqiqə olsun, bu vaxtı bu narahat olduğunuz şeyləri düşünməyə deyil,  öhdəsindən gəlməyə sərf edin. Niyə narahat olduğunuzu, bu məsələnin sizin üçün nə qədər vacib olduğunu düşünərək həll yolları axtarın. Artıq baş vermiş şeylər üçün narahat olmağın sadəcə zaman və enerji itkisi olduğunu unutmayın. Vaxt bitdikdə bu narahatlıqları orada qoyun və həyatınıza davam edin. 

6. Audiokitabları və Podkastları sınayın
Heç oxumaq istədiyiniz, amma vaxtınız olmayan bir kitabınız var?
Audiokitablar iş yerinizə gedərkən və ya hətta idman salonunda dinləmək üçün əladır. Hal-hazırda, demək olar ki, hər şey üçün - öz inkişaf, maliyyə, yemək və hətta astrologiya üçün audio kitablar və podkastlar var. Həyatınızı sadələşdirmək və vaxtınıza diqqət yetirmək üçün əla bir yoldur.

7. Təxirə salmağı dayandırın
Bəzən təxirə saldığımız işlər iki dəqiqə ərzində asanlıqla edilə bilər. “İki dəqiqəlik qayda” ya əməl edin - bir tapşırıq gəlsə və iki dəqiqədə yerinə yetirilə bilərsə, onda sadəcə edin. Bu, süründürməçiliyə kömək edir və görüləcək işlərin siyahısını qısa saxlayır.

8. Sosial medianı həddən artıq istifadə  etməkdən çəkinin
Sosial medyadan istifadəni məhdudlaşdırmaq üçün  hərəkətə keçin. Bitməz xəbərlər, gələn e-poçtlar və əyləncə dünyasında itkin düşmək asandır, ancaq əsas məsələ rəqəmsal məlumatlarınızı səmərəli şəkildə istifadə etməkdir. Gələnlər qutunuzu idarə edərək və “İki Dəqiqə” qaydasını istifadə edərək həyatınızı sadələşdirin.
Məsələn, mesajınızı gələnlər qutunuzda oxuyun və görülməsi lazım olan bir hərəkətin olub olmadığını özünüzdən soruşun. Əməliyyat iki dəqiqə çəkərsə, tapşırığı elə o vaxt və orada edin. Əməliyyat iki dəqiqədən çox çəkəcəksə, mesajı qayıtmaq üçün təyin olunmuş qovluğa qoyun. Bu kimi sadə fəndlər gələnlər qutunuzu daşmaqdan qoruyacaq və işinizi asanlaşdıracaq.

9. Hədsiz mükəmməlliyyətçilikdən qaçın. 
Əksər halarda biz asan olan şeyləri belə çətinləşdiririk.  Mükəmməllik bir illüziyadır və nəticədə bu illüziyanı əldə etməyə çalışdığımızda daha az məhsuldar oluruq.
Xırda təfərrüatlardan asılı qalmayın və bunun nə qədər vacib olub-olmadığını özünüzdən soruşun. Əgər elədə vacib bir detal deyilsə düşünməklə sadəcə əlavə vaxt itirirsiniz. 

10. Uyğunlaşın
Gündəlik işlər cədvəlinizdə və  hətta həyat planlarınızda dəyişiklik hər an baş verə bilər. Sadələşdirilmiş bir həyat sürməyin ən yaxşı yolu əvvəlcə dəyişimə  uyğunlaşmağı öyrənməkdir. Adaptasiya istər iş həyatınız, istərsə də şəxsi həyatınız üçün ən vacib bacarıqlardan biridir və bu bacarığın inkişafı üçün çalışmaq çox vacibdir.

Bu tövsiyyələri gündəlik rutininizə daxil etməyə başlayın, onları vərdiş halına gətirin. Tezliklə daha sadələşdirilmiş bir həyat yaşayacaq və özünüzü daha xoşbəxt hiss edəcəksiniz.