gunu-suretle-baslamaga-komek-edecek-motivasiya-tetbiqleri

Günü sürətlə başlamağa kömək edəcək motivasiya tətbiqləri

Hansı səhər sizin üçün idealdır - gününüzü başlamaq və hədəfləriniz üzərində işləmək üçün ilham aldığınız sakit, dinc bir səhər, yoxsa ümumiyyətlə hər hansı bir iş görmək fikrindən qorxduğunuz hərəkətli bir səhər? Olduqca aydın seçimlər var, elədir? Xoşbəxtlikdən hər səhər günə müsbət impulsla başlamaq üçün  asan yollar var. Bunun üçün sizə lazım olan telefonunuza asanlıqla yükləyə biləcəyiniz sadə bir motivasiya tətbiqetməsidir.
Bir motivasiya tətbiqi ilə səhər rutininizi dəyişdirin. Aşağıda uğur qazanmaq üçün sabahınızı hərəkətləndirmək və həyatınızı tamamilə idarə etdiyinizə əmin olmaq üçün hazırlanmış motivasiya tətbiqləri var. Gəlin, bu tətbiqlər haqqında daha ətraflı məlumat alaq.

Affirmasiya(təsdiqləmək) proqramları
1. Unique Daily Affirmations
Günə həvəssiz və motivasiyasız başlamaqdansa, zehninizi uğura fokuslamaq üçün bəzi affirmasiyalarla(təsdiqlərlə) ssenarini dəyişdirin. Hər səhər sizi irəli aparacaq yeni bir affirmasiya (təsdiq) bildirişi alacaqsınız. Beləliklə, pozitivlik və yaxşı əhval-ruhiyyə köklənmək üçün həmişə yeni bir təşviqedici səbəbiniz olacaq. 
Üstəlik, şəxsi fikirlərinizi əlavə etmək istəsəniz öz affirmasiyalarınızı (təsdiqlərinizi) də qeyd edə bilərsiniz. Beləliklə, səhərlər günə motivasiya ilə başlamaq üçün bu tətbiqi mütləq yoxlayın. 
Tətbiq İOS və Android-də mövcuddur.

Motivasiya Sitatları və Çıxışlar Tətbiqləri
2. Motivate: Daily Motivation
Günə motivasiyaedici nitqlə başlamaq bütün günə yayılır və sizin gün ərzində daha effektiv iş görməyinizə səbəb olur. 
Uğur, fitnes, məhsuldarlıq və başqa mövzuların toplandığı tətbiqlə günə yüksək motivasiya ilə başlaya bilərsiniz. Xüsusilə gündəlik videolar qısa və konkretdir, motivasiyanızın artması üçün hazırlanmışdır.
Tətbiq İOS-da mövcuddur.


3. Motivation – Daily Quotes
Bu tətbiqi digərlərindən fərqləndirən xüsusiyyət həm sözün həqiqi mənasında həvəsləndirici təkliflərin, həm də əvvəllər görmədiyiniz müxtəlif sitatların olmasıdır. Hər dəfə təkrarlanan mesajlara öyrəşmək asandır, ancaq bir müddət sonra bu mesajlar dəyişmədiyindən yorğunluq yarada bilir. Bu tətbiqin yaxşı cəhəti isə hər səhər motivasiya və pozitivlik üçün yeni təkliflər və mesajlar verməsidir.

Tətbiq İOS və Android-də mövcuddur.

Vision Board Motivasiya Tətbiqləri
4.    iWish Bucket List
Hədəflərinizin vizual xatırlatmaları hər səhər motivasiyanızı artırmaq üçün çox güclü bir vasitə ola bilər. Bunun üçün “niyə”  hər səhər durub işlədiyinizi xatırlamaq üçün vizyon lövhənizə  nəzər salmağınız kifayətdir. Daha da yaxşısı - bu səbəbdən gününüzü daha məhsuldar və effektiv keçirəcəksiniz. 

iWish xüsusilə effektivdir, çünki hədəflərinizi təsvir edən şəkillərlə yanaşı, həm də onları izləməyinizə imkan verir və tamamlanmış hədəflərinizin davamlı tarixçəsini saxlayır. Keçmiş müvəffəqiyyətlərinizi və gələcək hədəflərinizi birlikdə görmək sizi yola davam etməyə təşviq edən güclü bir motiv halına gəlir.

Tətbiq İOS-da mövcuddur.

5.    Visuapp
Visuapp-ın yaxşı cəhəti tətbiqin hədəflərinizlə balans yaratmağa yönəlməsidir və bunu "feng shui" lövhəsi ilə edir. Əsasən həyatınızı 9 hissəyə ayırır: pul, şöhrət, münasibət, ailə, sağlamlıq, yaradıcılıq, bilik, karyera və səyahət. Hər kateqoriyanın içərisinə sadəcə bir şəkil əlavə edirsiniz və sürətli baxışla istədiyiniz ideal həyatı yaratmaq üçün nəyin üzərində çalışmalı olduğunuzu görürsünüz. Tətbiq hər kəsin istifadəsi üçün sadə və rahatdır.
Tətbiq İOS və Android-də mövcuddur.

Fərqindəlik Tətbiqləri
6.    Smiling Mind
Bu tətbiq Avstraliyada məşhurlaşıb və hazırda bütün dünyada tanınır.
5 milyondan çox insan tərəfindən məmnuniyyətlə istifadə edilən Smiling Mind hər səhər bədəninizə və zehinizə uyğunlaşmağınıza və nəzarət hissini bərpa etməyinizə kömək edəcəkdir. Ən yaxşı tərəfi isə bunu etmək üçün səhərlər cəmi 10 dəqiqə vaxt ayırmağın kifayət etməsidir.
Milyonlarla insanın hər gün faydalandığı bu proqramı nəzərdən keçirin və tezliklə səhərlərinizi daha məhsuldar hala gətirin.
Tətbiq İOS və Android-də mövcuddur.

7.    Mindfulness Coach
Bu tətbiq stresi azaltmaq üçün hazırlanmışdır, buna görə səhərlərinizi sakitlik və rahatlama hissi açmaq üçün güclü bir vasitə olduğunu demək mümkündür.  Hətta tətbiqdə inkişafınızı böyüyən bir ağac kimi göstərən kiçik bir xüsusiyyət də var. Bu tətbiqin paylaşdığı məşqlər sayəsində stressiz bir həyatı necə formalaşdırdığınızı görə bilirsiniz. 
Sözsüz ki: səhərlərinizi rahat bir şəkildə başlaya bilsəniz, gününüzün qalan hissəsi də ona uyğun keçəcək.

Tətbiq İOS-da mövcuddur.

Meditasiya tətbiqləri
8.    Omvana
Səhərləriniz tələsik və hərəkətli keçirsə, böyük ehtimal prosesi bir balaca yavaşlatmağa ehtiyacınız var. Bununla səhərlər qaçhaqaçla məşğul olmaq yerinə günün qalan hissəsini məqsədyönlü tapşırıqlar üzərində işləyərək keçirə bilərsiniz. Burada köməyinizə Omvana tətbiqi gələcək.

Səhərlərinizə bir az sakitlik gətirmək üçün günə sadə bir meditasiya ilə başlayın. Bununla səhərləriniz qaçhaqaçsız və rahat başlasın.

Tətbiq İOS və Android-də mövcuddur.


Mükəmməl bir səhərə başlamaq üçün gözləməyin!

Etməli olduğunuz tək şey ehtiyaclarınıza ən çox uyğun gələn bu tətbiqlərdən birini seçmək və növbəti gün səhər tətbiqin istifadəsinə başlamaqdır. Unutmayın ki, yaxşı başladığınız bir gün sonrasında inanılmaz bir həftəyə, aya, hətta ilə gətirib çıxara bilər.

Uğurlar.