guys-ictimai-birliyi-ictimai-esaslarla-qebul-elan-edir--

"GUYS" İctimai Birliyi, ictimai əsaslarla qəbul elan edir!

Əziz gənclər!
"GUYS" İctimai Birliyi, ictimai əsaslarla qəbul elan edir...

Proqrama qatılaraq siz aşağıdakı istiqamətlər üzrə mövcud bilik və bacarıqlarınızı tam tətbiq etmək və onları inkişaf etdirmək imkanı əldə edə biləcəksiniz:

- Layihələrlə İş (PM);
- İctimaiyyətlə Əlaqələr (PR);
- İnsan Resursları (HR).

Qeyd edək ki, proqram ödənişsiz şəkildə 6 ay müddətində davam edəcək fəaliyyət müddətini uğurla başa vurmuş gənclər “Sertifikat” və “Tövsiyə məktubu” ilə təltif olunacaqlar.

Proqrama qatılmaq üçün əsas tələblər:

- 16-23 yaş aralığında olmalı;
- Komanda ilə birgə işləmə bacarığına malik olmalı;
- Müraciət etdiyi istiqamət üzrə baza biliklərinə sahib olmalı;
- Təşəbbüskar və məsuliyyətli olmalıdır.

Siz də fəaliyyətinizi inkişaf etdirmək və ideyalarınızı reallaşdırmaq istəyirsinizsə, GUYS sizin üçün doğru seçim olar.

Ətraflı