"GUYS" İctimai Birliyi nəzdində fəaliyyət göstərən "school"ların idarə heyətlərinə qəbul elan edir
Əziz Gənclər,
"GUYS" İctimai Birliyi, nəzdində fəaliyyət göstərən "school"ların idarə heyətlərinə qəbul elan edir
"School"lar:
"Binary School" (IT)
"Law School" (Hüquq)
"Economics School" (İqtisadiyyat)
"Data Search" (Data analitika)
Əsas tələblər:
– 17-24 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;
– Gələcək karyera planlama istiqaməti seçdiyi schoolun istiqamətləri ilə üst-üstə düşməli.
Şəxsi bacarıqlarınızı inkişaf etdirmək və eyni zamanda böyük komandamızın bir parçası olaraq təcrübə qazanmaq istəyirsinizsə, bizə qoşulun!
Son müraciət tarixi: 23 may, saat 18:00
Hər bir "school" üçün ayrı-ayrı qeydiyyat linki mövcuddur. 1 gənc yalnız 1 "school"un idarə heyətində təmsil oluna bilər.
Qeyd edək ki, "school"ların fəaliyyəti ödənişsiz əsaslarla həyata keçirilir