"GUYS" İctimai Birliyi qrafik dizayn üzrə təcrübə proqramı elan edir !
Vəzifə: Qrafik dizayner
Əsas tələblər:
- Dizayn proqramlarında işləməyi bacarmalı (minimum-photoshop);
- Məsuliyyətli olmalı;
- Komanda ilə işləməyi bacarmalı;
- Kreativ olmalı.
Təcrübə proqramı 4 ay davam edəcək. Proqramı uğurla başa vuran gənclərin GUYS Group tərəfindən uyğun sertifikatlarla təltif olunması nəzərdə tutulub.
Şəxsi bacarıqlarınızı inkişaf etdirmək və eyni zamanda böyük dizayner komandamızın bir parçası olaraq təcrübə qazanmaq istəyirsinizsə, bizə qoşulun!
Təcrübə proqramının mentoru, peşəkar qrafik dizayner Səkinə Hüseynova olacaq.
Son müraciət tarixi: 15 oktyabr, saat 18:00
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçiriləcək. Proqramın həyata keçirilməsində məqsəd baza bilikləri olan gənclərin bacarıqlarını daha da inkişaf etdirmələrinə fürsət yaratmaqdan ibarətdir. Fəaliyyəti zamanı fərqlənən gənclər ödənişli fəaliyyətlərə cəlb ediləcək