"GUYS" İctimai Birliyi və "Brain Design" Karyera İnkişaf Akademiyası yay təcrübə proqramı elan edir!
Əziz Gənclər,
"GUYS" İctimai Birliyi və "Brain Design" Karyera İnkişaf Akademiyası yay təcrübə proqramı elan edir!
Real iş mühitində təcrübə keçmək, nəzəri biliklərinin praktikada tətbiqini görmək və korporativ iş mühiti ilə tanış olmaq istəyirsinizsə, bu sizin üçün əsl şans olacaqdır.
Təcrübə proqramının istiqamətləri:
- Sosial Media Marketinq (SMM);
- İctimaiyyətlə əlaqələr (PR);
- Satış;
- Marketinq;
- Araşdırma;
- Bloq yazarlığı;
- Tədbirlərin təşkili və idarə edilməsi.
3 ay davam edəcək təcrübə proqramının sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.
Təcrübə proqramına qatılmaq üçün tələb olunan əsas meyarlar:
– 17-25 yaş aralığında olmalı;
– İşində yüksək motivasiyalı olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;
– Gələcək karyera planlama istiqaməti təcrübə proqramının istiqamətləri ilə üst-üstə düşməli.
Müraciət etmək istəyən şəxslər aşağıda qeyd edilən link vasitəsilə 12 iyun saat 18:00-a qədər onlayn qaydada müraciət edə bilərlər. Növbəti mərhələ isə müsahibə mərhələsi olacaq.
Qeyd edək ki, təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçiriləcək və təcrübə proqramı müddətində fəaliyyəti uğurla başa çatdıran gənclər işlə təmin olunma imkanı əldə edəcək.