guzestli-kreditler-hesabina-investisiya-layiheleri-uzre-1796-yeni-is-yerinin-yaradilmasi-nezerde-tutulur--

Güzəştli kreditlər hesabına investisiya layihələri üzrə 1796 yeni iş yerinin yaradılması nəzərdə tutulur

2021-ci ilin yanvar-sentyabr ayları ərzində 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60.9 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1796 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99.7%-i, kreditin məbləği üzrə 92%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə verilib.
İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94.4%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür. Kreditin məbləğinə görə verilmiş kreditlərin 83%-i kənd təsərrüfatı məhsullarının istehsalı və sənaye məhsullarının istehsalı və emalının payına düşür.