"Hackathon" müsabiqəsi keçiriləcək!
Əziz tələbələr, sizi sığorta dünyasını bilikləriniz ilə rəngləndirməyə dəvət edirik!
Belə ki, PAŞA Sığorta və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə 18-19 noyabr tarixlərində "Hackathon" müsabiqəsi baş tutacaqdır.
Əgər 3 və ya 4-cü kursda təhsil alır, GPA nəticəniz 80-dən yuxarıdır və komanda ilə işləmə bacarığınıza güvənirsinizsə, sizi müsabiqədə iştirak etməyə dəvət edirik.
Tədbirin sonunda öncədən müəyyən edilmiş meyarlar əsasında hər bir komanda Münsiflər Heyəti tərəfindən dəyərləndiriləcək və 3 komanda qalib seçiləcək.
1-ci yer 4000 AZN
2 -ci yer 3000 AZN
3 -cü yer isə 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunacaq.
Qeydiyyat üçün son tarix 30 oktyabrdır.