hedeflere-catmaq-ucun--gunu-nece-planlamali--

Hədəflərə çatmaq üçün günü necə planlamalı?

Uşaq olarkən çoxumuzda pul bankası olurdu,  bura kiçik miqdarlara qəpik-quruşla yığılan pul ilə istədiyimiz qiymətli bir əşyanı alırdıq.

Pul bankası nədirsə gündəlik iş cədvəlinin olması da bənzər bir şeydir

Hər birimizin gələcəyə dair bir vizyunu var. Onu uzaqdan izləmək bəzən çox çətin olur, xüsusilə əgər konkret bir plan yoxdursa.Qarşına qoyduğun məqsədlərə çatmağın ən yaxşı üsulu onu kiçik gündəlik hədəflər halında parçalam və bunları vərdişə çevirməkdir. Bir ovuc qəpik bu gün önəmsiz görsənə bilər amma vərdiş halında hər gün etdikləriniz sizin həyatınızın keyfiyyətini ciddi şəkildə artıracaqdır.
Hər kəsin gündəlik fərqli vərdişləri vardır və adətən bunlar insanın fərdi hədəflərinə və dəyərlərinə xidmət edir.Gündəlik vərdişlərinizə edilən bəzi əlavələr fərdi effektivliyinizi və məhsuldarlığınızı artıracaq, zaman keçdikcə hədəflərinizə çatdıracaqdır.
Bu 5 prinsip ilə gündəlik vərdişlərizi yaxşı yöndə formalaşdırmağa kömək edəcəkdir.

Dəyərlərinizi prioritetləşdirin
“Uğur” anlayışı onun ardınca qaçan şəxslər qədər fərqlidir,ancaq bütün uğurlu şəxslərin önəmli ortaq nöqtəsi vardır: Onlar stratejik olaraq həyatlarında olan şeyləri önəm sırasına görə prioritetləşdirirlər
Bu deməkdir ki, gündəlik vərdişlərinizi yaratmadan öncə sizin üçün dəyərli olan şeyləri müəyyən etməlisiz.
Birinci addım olaraq buradan başlayın, müəyyən vaxt sərf edib sizin önəmli, dəyərli şeylərin siralamasını edin. Sonra isə, bunlara gün və ya həftə ərzində nə qədər vaxt verə biləcəyinizə qərar verin.
Misal,sizin üçün ən dəyərli şey sağlam və fit olmaqdırsa, idman etmə qidalanma vaxtlarınızı digər faktorlara görə pozmamağa önəm verməlisiz. Əgər həyatınızda ən önəmli şey biznes qurmaqdırsa ailə, dostlar, əyləncə və sair kimi şeylər sizin vaxtınızı almaması üçün əlinizdən gələni etməlisiz. 
Şəxsi prioritetlərinizi müəyyən etmək sizə günəlik rutininizdə qalmağa motivasiya verir və önəm sırasında növbəti sıralarda olan şeyləri ertəməyə imkan verir. 

Səhər rutini formalaşdırın
Bir çox məhsuldar insan üçün saat 5-də oyanmaq və səhər rutinləri etmək yad olan şey deyil. Bunu da bilmək lazımdır ki, oyanmaq və yatmaq üçün mükəmməl vaxt yoxdur sizin səhər zənginiz sizin fərdi  gündəlik ritminizə görə dəyişə bilər. Fərq etməz sizin üçün gün nə vaxt başlayır, önəmli olan günləlik işlərinizə yuxudan oyanma vərdişlərini əlavə etməkdir.
Niyə səhər önəmlidir? Öncəliklə oyanan kimi etdiklərinin günün geri qalanına böyük təsir edir.Əgər oyananda yarım saat yataqda fırlanıb sonra yarıyuxulu imeyllərinizə baxırsızsa işinizə fokuslanmağınız effektiv olmayacaq və enerjiniz gün ərzində düşük olaraq qalacaq.
Əgər siz hər səhər yatağınızı düzəltdikdən sonra yüngül səhər idmanı edib, sağlam səhər yeməyi yeyirsizsə beyniniz istirahət rejimindən məhsuldar rejimə asanlıqla keçəcək. Günün geri qalanında isə yüksək əhval-ruhiyyədə olasaqsız.
Səhərləri nə etmək sizdən asılıdır. Bir qəhvə içib rəqs də edə bilərsiz. Məqsəd vərdiş olaraq hər gün etdiyiniz şeylə günün geri qalanında özünüzü yaxşı hiss etməyi təmin etməkdir. Bununla siz zehninizi açıq tutub gün ərzində olan işlərə özünüzü hazırlayırsız. 

“Ən vacib işlər” tərtib et
Sizin məqsədlərinizə xitab etməyən gündəlik işləriniz mütləq ki olacaqdır, zənglərə cavab vermək, görüşlərə qoşulmaq, imeyllərə cavab vermək və sairə. Əmin olun ki, bu işlər sizi əsas məqsədinizdən uzaqlaşdırmır əsas məqsədinizə xidmət edən şeyləri gündəlik plan olaraq qeyd edin və mütləq olaraq ona vaxt ayırın.

Hər həftə işlərinizi planlayarkən qarşınıza qoyduğunuz hədəflər haqqında düşünün. Sizi bu istiqamətdə saxlamaq üçün nə lazımdır? Sonra isə, ƏVİ (ən vacib iş) müəyyən edin. Siz hədəfinizə doğru gedən yolda nəyin ən vacib olduğunuzu bildiyiniz zaman, digər önəmi daha az olan işlərə daha az vaxt sərf edəcəksiz.
İşlərinizi planlayarkən ən çox diqqətli və məhsuldar olduğunuz zamanlara ən vacib işlərinizi salın. Enerjiniz azanla isə zehin gücünə o qədər ehtiyac olmayan işlərinizi salın. Kifayət qədər təcrübə göstərir ki, insanların iş görmə qabiliyyəti saatlara görə dəyişir. Əgər insanlarda ən məhsuldar vaxtlar səhər 9-11 aralığıdır. Ona görə yaxşı olar ki, bu kimi saatlarda imeyllərə cavab yazmaq yerinə ən vacib işlərinizi görün.

Normalda diqqətinizi yayındıran şeylərə öncədən vaxt ayırın.
Yəqin ki, siz də instagram`a twitter`ə bir göz atmaq düşüncəsi ilə işinizdən uzaqlaşır vaxtın necə keçdiyini hiss etməyib ciddi vaxt sərf edirsiz. Təbii ki, sosial media hesablarına baxmaq zaman-zaman istirahət götürmək pis bir şey deyil. Ancaq, bəzi hallarda bu qısa göz gəzdirmələr sizin önəmli işlərinizi görməyə mane ola bilir.
Bu spontan sosial media gəzintilərinin öhdəsindən gəlmək üçün, günlük müəyyən saatlar və müddət bəlirləyin. Əsas odur ki, sosial media hesablarına baxmağı da gündəlik cədvəliniz arasına salasız və ayrıca bir iş olaraq qeyd edəsiz. Bu halda siz işinizdə olan diqqəti maksimum qoruyub saxlaya biləcəksiz.

Fasilələr əlavə edin
Gündəlik işlərin arasına çalışmama saatları və ya istirahət zamanları əlavə etmək qeyri-məhsuldar  görsənə bilər, ancaq unutmayın ki, heç kim davamlı tükənməyən enerji ilə gün ərzində çalışa bilməz. Buna cəhd etsəniz belə istədiyiniz kimi məhsuldar ola bilməzsiz.
Vaxtaşırı fasilələrin məhsuldarığı artırması ilə bağlı bir çox araşdırma vardır. Çalışarkən vaxtaşırı fasilə etmək yaradıcı və strateji düşünmək qabiliyyətinizi artırır. Bəzən beyində yeni ideyaların ortaya çıxması üçün mənzərənin dəyişməsi tələb olunur.

Həmçinin bütün günü aralıqlarla fasilə etmək də işə olan fokusu artırır. İş vaxtının sonunda nə isə etmək imkanın olacağını bilmək, hətta son  beş dəqiqə ərzində daha çox enerji toplanmasına və işə diqqətin artırılmasına səbəb olur.

Son olaraq
Hətta ən uğurlu insanlar da hədəflərinə doğru irəliyərkən bu cığırdan çıxa bilirlər. Ən yaxşı şəkildə gününü planlamaq və bunu vərdiş halına salmaq sizin üçün ən yaxşı bacarıq olacaqdır. Düşünün ki, bu vərdiş sizin gələcəyiniz üçün pul bankasına atdığınız investisiyadır. Toplanması və nəticə verməsi müəyyən qədər vaxt tələb edə bilər, ancaq kiçik kiçik toplanan bu vərdişlərin hədəflərinizi yaxınlaşdırdığını hiss edəcəksiz.