hem-odenissiz-proqramlasdirma-telimi-hem-de-is-fursetine-eyni-anda-sahib-ol--

Həm ödənişsiz proqramlaşdırma təlimi, həm də iş fürsətinə eyni anda sahib ol!

Həm ödənişsiz proqramlaşdırma təlimi, həm də iş fürsətinə eyni anda sahib ol!

Bölgələrimizdə texnologiya sahəsinin inkişafını hədəfləyən yeni mentorluq proqramını təqdim edirik!
Təlim və Bakıda qalma xərcləri Tech Academy tərəfindən qarşılanır. 

Proqram ərzində Zaqatala, Sumqayıt və Mingəçevirdən olan 9 gəncin gələcəyin proqramçısı kimi yetişməsinə dəstək olmağı hədəfləyirik. 3 ay ərzində Bakıda təlimlərə qoşulacaq mentor namizədləri, Java, JavaScript və Python sahəsində yetişdiriləcəklər. Uğurlu olanlar həm akademiyamızın əməkdaşına çevriləcək həm də veb proqramlaşdırma sahəsində karyera qurmaq fürsəti əldə edəcəklər.

Əgər sən:
•    Qeyd edilən bölgələrdə yaşayırsansa və proqramdan sonra regionda qalıb işləmək istəyirsənsə;
•    Yaşın 18-dən yuxarıdırsa;
•    Şəxsi kompüterin varsa; 
•    Evində sürətli internetin varsa;
•    Gün ərzində 8 saatını bu sahə üçün ayıra bilərsənsə;
•    Layihə ərzində 3 ay Bakıya gəlib, yaşaya bilərsənsə;
•    Yetərli İngilis dili biliyinə sahibsənsə;
•    Məntiq və Riyaziyyat biliyin güclüdürsə;
•    Karyeranı yalnız  İT sahəsi üzrə qurmaq istəyirsənsə;

Qeydiyyatdan keç və bu fürsətdən sən də yararlan!

Son qeydiyyat tarixi: 27 İyun 2022