hemise-daha-coxunu-istemeyin-riskleri--

Həmişə daha çoxunu istəməyin riskləri

Həvəsli və məqsədyönlü olmağın həyatda hər zaman irəliyə getmək üçün yaxşı bir şey ola biləcəyinə baxmayaraq insanların nələrisə əldə etmək üçün əldə etmək istədiklərinə olduqca çox qapılmaları çox hallarda həyatda mövcud olan təməl və daha mənalı dəyərləri əldən qaçırmalarına səbəb ola bilir. 


Bir çox insan ömrünün  sonuna gəlib çatdıqda baş verən hər şeyi düşünür və  həyatda zənginlik, güc, xoşbəxtlik və insan həyatının digər əsas ehtiyacları arasında mövcud olan mühüm tarazlığın qorunmasının vacib olduğu qənaətinə gəlir.
Hal-hazırda sahib olduğumuz sağlamlıq, ailə və yemək kimi daha mühüm şeylər üçün daim razılıq içində olmaq, onların dəyərini bilmək əvəzinə zənginlik və gücün arxasınca qaçırıqsa bu bizə uzunmüddətli xoşbəxtlik vəd etmir. Həyatımızda bolca sahib olduğumuz, lakin bir çoxları tərəfindən tez-tez inkar edilən bu əsas ehtiyaclarımızı daima qiymətləndirməyi bacarmalıyıq.
Hədəflərimizi həyata keçirmək üçün tez-tez sahib olduğumuz bir çox dəyərli şeyləri göz ardı edirik, amma həyatda nələri  itirmiş olduğumuzu sonradan başa düşürük. Əlbəttə, istəklərimizin arxasınca getmək və onları əldə etmək üçün səy göstərmək vacibdir. Ancaq bizim üçün əhəmiyyət kəsb edən və həyat məmnuniyyətimizi təmin edən digər faktorları da göz ardı etməməliyik.
Bir çox müvəffəqiyyətli insanın sərvət əldə etmək üçün öz sağlamlığını qurban verdiyi və  əldə edildikdən sonra bu sərvətin onun üçün dəyərli olmadığı qənaətinə gəldiyi  deyillir.  Yəqin ki, bu və ya bunun kimi bir çox vəziyyətlərlə siz də qarşılaşmısınız ya da eşitmisiniz. Sahib olduqlarının dəyərini bilmək və ya onlarla kifayətlənmək əvəzinə sahib ola bilmədiklərininin arxasınca qaçaraq yaşayanlar heç zaman həyatlarından məmnun olmurlar və əsl dəyərli olanın nə olduğunu zaman keçdikdən sonra başa düşürlər.
Hazırki vəziyyətdən və şəraitdən razı qalmaq səbəbsizcə mümkün olmayacaq xəyalların arxasından qaçmaqdan daha yaxşıdır.
Belə bir deyim var ki, insanın fərdi uğurları digər insanlar tərəfindən ölçüldüyü halda, insanın öz işindən məmnunluğu onun öz ürəyi və ruhu tərəfindən təyin olunan və ya ölçülən bir şeydir. Yəni sizin həyat məmnuniyyətiniz sizin əlinizdə olanları necə və nə qədər dəyərləndirdiyinizdən asılıdır. 
İnsanın müəyyən bir şeylə qane olması ümumiyyətlə ən çətin təkmilləşdirilə biləcək insan xüsusiyyətlərindən biridir, ancaq bu mümkünsüz deyil.  Bu xüsusiyyəti özünüzdə formalaşdırmaqla  həyatınıza  mənfi təsir göstərəcək olan bir çox şeylərin qarşısını ala bilərsiniz. 

Nəticə olaraq bütün sadalananlar insanın həyatdakı prioritetlərinə, yəni üstün tutduğu şeylərə gətirib çıxarır. İnsanın həyatı, sağlamlığı və xoşbəxtliyi heç vaxt müzakirə mövzusu olmayacaq məsələlərdir. Müvəffəqiyyət, rahat yaşayış və mal-mülk, nüfuz sahibi olmağı istəmək hər zaman insanın ikinci prioriteti olmalıdır və bunların bizim üçün daha önəmli və daha mənalı olan şeylərin yerinə keçməsinə icazə verməməliyik.